YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev: Suveren Azərbaycan Konstitusiyasının müəllifi”

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı Astara Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev: Suveren Azərbaycan Konstitusiyasının müəllifi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru, ərazi partiya təşkilatının sədri Oktay Əmənullayev Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar. Natiqlər Ümummilli Lider Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti və xalqının tarixinin şərəfli və qürurverici dövrünü yaşadığını deyiblər. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə və lokal xarakterli antiterror tədbirləri nəticəsində Konstitusiyanın hüquqi qüvvəsi və vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş hüquqları işğaldan azad olunmuş Azərbaycanın ərazisində tam bərpa edildi.

Sonda partiya işində aktiv fəaliyyətinə görə Oktay Əmənullayeva təşəkkürnamə təqdim olunub, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri verilib.