YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: ATƏT-in Minsk qrupunda təmsil olunan bütün dövlətlərin problemin həllində yaxından iştirak etməsi müsbət nəticələr verə bilər

«ATƏT-in Minsk qrupu ədalətsiz bəyanatlarla yox, daha ciddi yanaşmalarla məsələnin həllinə çalışmalıdır». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesinin predmeti deyil. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu bu prinsip çərçivəsində öz fəaliyyətini daha da aktivləşdirməlidir.

«ATƏT-in Minsk qrupunda təmsil olunan bütün dövlətlərin problemin həllində yaxından iştirak etməsi yaxşı olardı. Belə olsa, danışıqlar prosesi də öz töhfəsini verə bilər. Bu istiqamətdə addımlar atılsa, Minsk qrupu daha ciddi, ədalətli mövqeyə gələ bilər. Minsk qrupunun tam tərkibdə münaqişənin həlli ilə bağlı aktiv fəaliyyət göstərməsi Ermənistanın sülhə məcbur edilməsinə səbəb ola bilər»- deyə, R.Rzayev vurğulayıb.