YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda Anım Günü qeyd edildi

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları – 27 sentyabr Anım Günü ilə əlaqədar rayon mərkəzindəki Şəhidlər xiyabanını  ziyarət ediblər.

Ziyarətçilər I və II Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarlarının önünə gül dəstələri düzüblər.

Bildiriblər ki, qəhrəmanlıqla canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi həmişə əziz tutulacaq və onlar xalqın qəlbində əbədi yaşayacaqlar.