YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümumrespublika Xəmsə Festivalı”nın şimal-qərb regionu üzrə VI turu keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”nın növbəti, VI regional turu sentyabrın 17-də Şəki şəhərində keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan regional yarışda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən bitərəf və YAP üzvü olan gənclərdən formalaşan komandalar iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Bilik yarışının açılış mərasimində YAP Şəki şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Həsən Həsənov çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırıb. Bildirilib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilir. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində elmə, təhsilə həmişə böyük dəyər verildiyini diqqətə çatdırıb. “Ümumrespublika Xəmsə Festivalı”nın gənclər arasında böyük marağa səbəb olduğunu bildirib. O, gənclərə milli-mənəvi dəyərlərimizi aşılamaq baxımından layihənin əhəmiyyətini xüsusi qeyd edib, iştirakçılara bilik yarışında uğurlar arzulayıb. Qeyd olunub ki, layihə çərçivəsində iştirakçı gənclər həm bölgələrimizə səfər edir, eyni zamanda, digər bölgələrdən olan gəncləri tanımaqla öz əhatə dairələrini daha da genişləndirirlər. Belə tədbirlər gənclərimizin tariximizlə bağlı bilgilərini artırmaqla yanaşı, region gəncləri arasında əlaqələrin genişlənməsinə də töhfə verir.

Çıxışlardan sonra intellektual yarışmaya start verilib.

Şimal-qərb bölgəsinin 6 rayonunu təmsil edən bitərəf və YAP üzvləri olan gənclərdən formalaşmış komandaların iştirakı ilə keçirilən intellektual yarışın yekununda Qəbələ rayonunun komandası qalib gələrək, “Ümumrespublika Xəmsə Festivalı”nın Gəncə şəhərində keçiriləcək finalda iştirak etmək hüququ qazanıb.

DİGƏR Xəbərlər Arxiv