YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan Belçika ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığının Federal Assambleyasının Nümayəndələr Palatasının sədri Elian Tilyö və Senatının sədri Stefani d’Oz ilə görüşüb.

Həmkarlarını salamlayan Sahibə Qafarova Azərbaycanın Belçika ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanda qadın hüquqlarının qorunması, bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanda hələ 1918-ci ildə - bir sıra Avropa dövlətlərindən daha əvvəl müsəlman aləmində ilk olaraq qadınlara seçmək və seçilmək hüququ verilib. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, “Azərbaycanda qadınların rolunun artırılması haqqında” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanlar verilib, gender bərabərliyinin təminatı, eləcə də qadınlara qarşı zorakılığın aradan qaldırılması barədə qanunlar qəbul edilib.

İki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd edən Sahibə Qafarova bildirib ki, Belçika parlamentinin hər iki palatası ilə Milli Məclis arasında münasibətlərin həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq qurumlar çərçivəsində çoxtərəfli əsasda geniş inkişaf perspektivləri var. Hər iki ölkənin parlamentində qarşılıqlı dostluq qrupları fəaliyyət göstərir.

Öz növbəsində Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayan Federal Assambleyanın Nümayəndələr Palatasının sədri Elian Tilyö və Senatın sədri Stefani d’Oz Belçikanın da Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıblar. Onlar Belçikada qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, parlament diplomatiyasının gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyi və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv