YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var

Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı dörd vaksin tətbiq olunur. Vaksin seçimi vətəndaşlar tərəfindən edilə bilər.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatının olduğunu söyləyən Prezidentin köməkçisi bildirib ki, bu, ilin sonuna kimi kifayət edəcək. Bu gün isə növbəti il üçün vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır.

Şahmar Mövsümov qeyd edib ki, hər bir vətəndaş atdığı addımlara məsuliyyətlə yanaşsa, vaksinasiya prosesində uğur əldə ediləcək. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiqin olmamasına səbəb peyvəndlənmədir. “Hazırda ölkəmizdə peyvəndlənmə səviyyəsi 24 faizdir. Biz bunu 60 faizə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə hər kəsi peyvəndlənməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.