YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsi ilə bağlı xüsusi qətnamə qəbul edib

Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub.
Görüş zamanı təmsilçilər palatasının spikeri Mayk Turzay qətnamənin Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda qəbul edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Daha sonra parlament binasında “Xocalı faciəsini xatırlayırıq” adlı tədbir keçirilib. İştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə belə bir qətnamə qəbul etdiklərinə görə Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkürünü bildirib.
Qətnamənin təşəbbüskarlarından olan Harri Ridşou çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı böyük cinayət olduğunu deyib. O bildirib ki, Xocalı qurbanlarının xatirəsi sağlam düşüncəli insanlar tərəfindən hər zaman anılacaq.
Palatanın digər üzvləri çıxış edərək insanlıq əleyhinə yönəlmiş bu cür cinayətlərin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacib olduğunu vurğulayıblar