YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır

«1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı dünya tarixinə humanizmə təcavüz aktı kimi yazıldı». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, əslində, Xocalı faciəsi bir gecənin olayı deyildi. Onun fikrincə, ermənilər bu qətliama Dağlıq Qarabağ münaqişəsi başlandıqdan hazırlıq görmüşdü.

«Ermənilər Qarabağın digər ərazilərində də bu cür faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf etdi. Elə həmin vaxtdan Xocalı soyqırımının əsası qoyulmuşdu. Məhz belə bir vəziyyətdə Xocalı soyqırımı baş verdi. Ermənilər 366-cı alayın köməyilə tarixə ən dəhşətli qanlı səhifələrdən birini yazdılar”. 

Hazırda Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Belə ki, Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Eyni zamanda, Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər yüksək qiymətə layiqdir. Bütün xalqımız “Xocalıya ədalət!” kampaniyasını təqdir edir və bu kampaniyanın dünyada doğurduğu əks-sədasının şahididir»- deyə, K.Əliyeva qeyd edib.