YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Oil and Gas Year” jurnalının builki nömrəsi Azərbaycanın uğurlarına həsr olunub

“The Oil and Gas Year” jurnalının AzərTAc-ın media tərəfdaşlığı ilə nəşr olunan builki nömrəsi bütövlükdə Azərbaycana həsr olunub.
Azərbaycana həsr olunmuş buraxılışda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr, ölkəmizin siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri yer alıb. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələr barədə oxuculara ətraflı məlumat verilib.
“The Oil & Gas Year Azerbaijan 2014” nəşrinin məzmun etibarilə tərtibatına “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi köməklik göstərib.
Nəşrin budəfəki müsahibləri Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “ADA” Universitetinin rektoru Hafiz Paşayev, energetika naziri Natiq Əliyev, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Sultanov, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, İtaliya, Gürcüstan və Rusiyanın ölkəmizdəki səfirləri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “Borusan” sistemlərinin direktoru Tolga Akar, Bakı Gəmiqayırma Zavodunun baş meneceri Keyci Lam, “Nobel Oil” şirkətinin baş Direktoru Maykl Roland Vring, “Total E&P Azərbaycan” şirkətinin Azərbaycan üzrə icraçı direktoru və təmsilçisi Denis Lemarşal və başqalarıdır.
Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açıblar.
Nəşrdə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyindən, “Şahdəniz Mərhələ 2” və Cənub Qaz Dəhlizi layihələrindən, ölkəmizin neft və qaz bazarlarındakı uğurlarından, həmçinin transmilli şirkətə çevrilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq arenadakı fəaliyyətindən və yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksindən bəhs olunur.
“The Oil & Gas Year” jurnalı dünyanın 35 ən iri neft və qaz bazarını əhatə edən, bu sahədə ilkin araşdırma apararaq biznes ehtiyatlarını müəyyənləşdirən illik nəşrdir. Jurnalın hər nömrəsi bir ölkəyə həsr olunur.