YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti Azərbaycana səfər edəcək.  Bu barədə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün 22 iyul- Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş zamanı məlumat verib.

Ötən ay YAP nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı AK Parti ilə əməkdaşlığa dair niyyət protokolunun imzalandığını xatırladan Tahir Budaqov sənədə əsasən qarşılıqlı əlaqələrin daha da genişləndilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə,  Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının ölkəmizə səfəri də bu məqsədə xidmət edir: “Səfər zamanı AK Parti nümayəndə heyətinin Bakıda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. İyulun 28-də isə YAP və AK Parti Gəncə şəhərində “Şuşa Bəyannaməsi: Milli mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq  üçün  yeni  çağırışlar” mövzusunda konfrans keçirəcək, konfransda “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olunacaq”.