YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi rayonunda “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilmişdir

YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər Komitəsinin üzvü Səbinə Xasayeva, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Vüqar Rəhimzadə, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstünün qarşısına əklil qoyuldu və gül dəstələri düzüldü.

Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı videoçarxın nümayişindən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli liderimiz Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Sonra “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə geniş məruzə nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb əlavə etdi ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.

Daha sonra çıxış edən digər natiqlər – Kəmaləddin Qafarov, Səbinə Xasayeva və Ramiz Göyüşov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verdilər. 

Tədbir bədii hissə ilə yekunlaşmışdır.