Xəbərlər
“Əbədi Zəfər yolu: yeni zirvələrə doğru!”
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Əbədi Zəfər yolu: yeni zirvələrə doğru!” mövzusunda tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Sonra YAP Bərdə rayon təşkilatının foyesində təşkil edilmiş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra “Əbədi Zəfər yolu: yeni zirvələrə doğru!” adlı video-çarx nümayiş etdirilib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyanın qəbul edilməsindən başlayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə dövlət suverenliyinin bərpasınadək uzanan mərhələdə həyata keçirilən ardıcıl və məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş mühüm nailiyyətlərdən bəhs edib. O vurğulayıb ki, bu uğurların əsasında xalqın rifahı naminə yorulmadan çalışan müdrik Liderin qətiyyətli fəaliyyəti dayanır.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, şəhid anaları Arzu Hüseynzadə və Əzizə Ədilova, qazi Elnur Möhbalıyev, DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ evi şöbəsinin müdiri Kamran Kamranlı qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı bütün zəfərlərin təməlində Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Qeyd olunub ki, bu ideyaların bu gün də uğurla davam etdirildiyi və əldə olunan tarixi nəticələrin məhz həmin uzaqgörən siyasətin məntiqi davamı olduğunu xüsusi vurğulayıblar.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin kollektivi Vətən və Zəfər haqqında şeir və mahnılar ifa edib.
Sonda xatirə şəkli çəkdirilib.
