YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynanın telekanalı: Azərbaycan Ordusu Şuşanı yüngül silahlarla və əlbəyaxa döyüşlə azad edib

Azərbaycan Ordusu artilleriya tətbiq etmədən, sadəcə, yüngül silahlarla və əlbəyaxa döyüşlə Şuşanı işğaldan azad edib.

Bbunu Ukraynanın nüfuzlu “5 kanal” telekanalının xüsusi müxbiri Şuşadan hazırladığı reportajı zamanı bildirib.

Reportajda qeyd edilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları hündür qayalıqlara dırmaşaraq Şuşanı fəth ediblər. Ukraynalı jurnalist hərbçilərimizin qəhrəmanlığından, uğurlu döyüş yolundan bəhs edib.

Reportajda, həmçinin Şuşada açılan ilk çörək sexi, aparılan quruculuq işləri barədə məlumat verilib, şəhid ailəsinin üzvlərinin, Birinci Qarabağ müharibəsi veteranının fikirləri yer alıb.