YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti ilə Ermənistanın baş naziri səlahiyyətlərini icra edənin görüşündə hər hansı sənədlərin imzalanması planlaşdırılmır

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ ətrafında vəziyyəti müzakirə edəcəklər, lakin hər hansı sənədlərin imzalanması planlaşdırılmır.

Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin mətbuat xidməti xatırladır ki, iyulun 7-də Rusiya Prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olan Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ilə danışıqlar aparacaq.

Görüşdə Qarabağda nizamlamaya dair Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin gedişini müzakirə etmək planlaşdırırlır.

RF Prezidentinin mətbuat katibi jurnalistlərin belə bir sualına da cavab verib ki, guya iki ölkə liderlərinin bugünkü görüşündə Ermənistan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi variantları nəzərdən keçirilə və müvafiq sənəd imzalana bilər.

“Bu məlumat həqiqətə uyğun deyil”, - deyən D.Peskov vurğulayıb: “Əlbəttə, Qarabağ məsələsi də, hazırda orada yerləşdirilmiş Rusiya hərbçiləri məsələsi də, ümumiyyətlə ikitərəfli münasibətlər müzakirə ediləcək, lakin hər hansı sənədlərin imzalanması planlaşdırılmır.

DİGƏR Xəbərlər Arxiv