YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı birgə aksiya keçirirlər

Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatları Bielefeld Universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma kampaniyasına başlayıb.
Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti, Atatürk Düşüncə Dərnəyi, Türkiyə Gənclik Birliyi və Türk Akademisyenlər Birliyi bu məqsədlə universitetin foyesində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan stend qurub. Azərbaycan, Türkiyə və Almaniya bayraqlarının asıldığı stenddə soyqırımından, eləcə də Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, erməni vəhşiliklərindən bəhs edən kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilir.
Təşkilatçılar gün ərzində universitetin tələbə və müəllimlərinə Xocalı soyqırımı haqqında məlumat verərək, onlara Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal, broşürlər paylayırlar.
Fevralın 18-dən başlayan aksiya ayın 21-dək davam edəcək.
Məlumatlandırma aksiyası yerli KİV-lərdə geniş işıqlandırılıb.