YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” birinci Avropa Oyunlarının Macarıstanda təqdimatı keçiriləcək

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı məqsədilə Macarıstanın paytaxtı Budapeştdə rəsmi səfərdədir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 20-də Budapeştin məşhur “Viqado” mərasim zalında keçiriləcək tədbirdə Azad Rəhimov Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015”ə hazırlıq prosesində görülən işlər haqqında məlumat verəcək.
Avropanın 49 ölkəsindən 6 mindən çox atletin idmanın 20 növü üzrə mübarizə aparacağı birinci Avropa Oyunlarının Budapeştdə təqdimatı çərçivəsində Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri, “Bakı-2015”ə hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən videoçarx nümayiş olunacaq.
Tədbirdə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət məmurları, parlamentin deputatları və jurnalistlər iştirak edəcəklər.
Qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim ediləcək, Avropa Oyunları ilə bağlı bukletlər, suvenirlər və jurnallar paylanacaq.
Mərasimin sonunda konsert proqramı təqdim olunacaq.