YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan dövlətinin siyasəti nəticəsində bütün bölgələrimiz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir

«Azərbaycan dövlətinin siyasəti nəticəsində bütün bölgələrimiz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, hazırda bölgələrin inkişafı şəhərlərlə palel olaraq davam edir. Onun sözlərinə görə, rayonlarda yeni iş yerlərinin açılması əhalinin şəhərlərə axınının qarşısını alıb.

«10 il bundan əvvəllə müqayisə etsək görərik ki, həqiqətən də regionlarımızın inkişafı heç də Bakıdan geri qalmır. Vətəndaşlarımızın harada yaşamaqlarından asılı olmayaraq, hər kəsə eyni qaydada dövlətimiz tərəfindən qayğı göstərilir. İnanırıq ki, bu inkişaf gələcəkdə daha böyük vüsət alacaq. Regionların inkişafı əhalinin rifahının daha da yüksəlməsində böyük əhəmiyyət kəsb edir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.