YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Elm haqqında” yeni qanun layihəsinə əsasən Azərbaycanda ali məktəblərin statusunda yenilik ola bilər

Azərbaycanda ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusu verilə bilər.

Milli Məclisdən verilən məlumata görə, “Elm haqqında” yeni qanun layihəsinə əsasən, ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada veriləcək.

Tədqiqat universitetinin əsas vəzifələri təhsilverənlərin və təhsilalanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər yaratmaq, iqtisadiyyata (istehsalata) müasir texnologiyaları transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında rəsbəst reallaşdırmçaq, texnoparkların formalaşdfırmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaqdır.

Layihədə qeyd edilir ki, elmi müəssisə və təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.