YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Avstriya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Fevralın 18-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının ölkəmizdəki səfiri Aksel Vex ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Həmçinin ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya Silahlı Qüvvələrinin Türkiyədə və Azərbaycandakı hərbi attaşesi, polkovnik Kurt Radner iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv