YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 4 milyard dollara yaxınlaşır

Ötən 2014-cü il Rusiya-Azərbaycan münasibətləri üçün səmərəli olub. İki ölkə prezidentləri üç dəfə görüşüblər. Rusiyanın bir sıra nazirləri dəfələrlə Azərbaycanda, Azərbaycan nazirləri isə Rusiyada səfərdə olublar. Rusiyanın regionları Azərbaycan Respublikasına çox böyük maraq göstərib: Rusiyadan Azərbaycana səfər etmiş 22 nümayəndə heyətinin on ikisinə regionların rəhbərləri başçılıq ediblər.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bu sözləri “RİA Novosti” saytına müsahibəsində söyləyib. Səfir bildirib ki, ölkələrimiz arasında ticarətin həcmi artıb. O deyib: “Biz yenidən 4 milyard dollara yaxın rekord səviyyəyə çatırıq”.
Moskva ilə Bakı arasında iqtisadi münasibətlərdən söhbət açan səfir deyib: “Keçən il Azərbaycan Rusiyaya göndərilən ərzaq məhsullarının həcmini təqribən 20 faiz artırıb və beləliklə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ucbatından yaranmış kənd təsərrüfatı məhsullarının qıtlığını aradan qaldırılmasına kömək edib. Lakin bunlar xüsusi məsələlərdir. Biz çoxdan deyirdik ki, kənd təsərrüfatı sektorunda əlaqələri yeni strateji əsaslar üzərində qurmaq lazımdır. Bu gün Azərbaycan Rusiyaya 300 milyon dollarlıq məhsul göndərir, biz isə bundan qat-qat artıq məhsul qəbul etməyə hazırıq. Azərbaycanın istehsal həcmini artırmasına imkan yaradan, bu məhsulların Rusiyaya satışına zəmanət verən dövlət proqramı lazımdır. Biz bu strateji istiqamətdə işləyirik”.
Səfir Azərbaycanda neftayırma zavodu tikintisi üçün keçən ilin sonunda Rusiyanın “Qazprombank” bankı tərəfindən 430 milyon dollar həcmində kredit ayrılması haqda imzalanmış sənədi də xatırladıb. “Sberbank Rossii” və “Azərbaycan Beynəlxalq Bankı” arasında imzalanmış sazişə görə, Rusiya tərəfi azərbaycanlı sahibkarlara 1,2 milyard dollar məbləğində kredit ayıracaq.
Müsahibədə bildirilir ki, indiyə qədər Azərbaycan Rusiyada təqribən 1 milyard dollar sərmayə qoyub.