YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Texas parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının üzvü Jin Vu Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı qətnamə yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu barədə məlumatı Amerika Azərbaycanlıları Şəbəkəsi verib.
Qətnamədə qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən qırğına məruz qalıb. Xocalıda baş verən qətliam Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən faciəli hadisələrdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal edib. Nəticədə, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insan olub. Qırğınlar zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Xatırladaq ki, bu, Texas ştatının parlamentində Azərbaycanla bağlı qəbul edilən ikinci qətnamədir.