YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əhalisinin sayı 9 593 min nəfərə çatıb

Ötən il ərzində Azərbaycan əhalisinin sayı 115,9 min nəfər və ya 1,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci il yanvarın 1-nə olan məlumata əsasən, əhalinin sayı 9 593 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub.

2014-cü il ərzində əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9 faizini təşkil edib.

Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir. Əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır.

Ötən il ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 olub.

Komitədən bildirilib ki, ölüm səviyyəsi gözlənilən ömür uzunluğuna da öz təsirini göstərir. 2014-cü ildə bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş olub.

Hazırda ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunur. Uşaq doğmaq qabiliyyətinə malık olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,2 uşaq düşür.