YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arzu Rəhimov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin beynəlxalq əlaqələri genişlənir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin beynəlxalq əlaqələri genişlənir.
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının üçüncü ildönümü münasibətilə keçirilən mərasimdə Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov çıxışında deyib.
A.Rəhimov bildirib ki, ötən müddət Xidmətin beynəlxalq əlaqələrinin qurulması baxımından da uğurlu olub. Təbii ki, Xidmətin beynəlxalq əməkdaşlıq qurduğu ölkələr arasında ilk olaraq qardaş Türkiyənin adı çəkilməlidir. Belə ki, səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işinin təşkilinə dair təcrübə mübadiləsinin əldə olunması məqsədilə Dövlət Xidməti ilə Türkiyə Respublikasının Baş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əlaqələrin tətbiqi planı hazırlanaraq təsdiq olunub. Plana əsasən iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı səfərlər təşkil edilib. Bununla yanaşı, Azərbaycanın NATO ilə əməkdaşlığına dair Bakıda Sülh Naminə Tərəfdaşlıq proqramına həsr edilmiş konfransda və Brüsseldə NATO-nun mənzil qərargahında keçirilmiş tədbirlərdə xidmətin zabitlərinin iştirakı təmin olunub. İl ərzində Çinin, Belarusun, Rumıniyanın, Çexiyanın və ABŞ-ın Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri ilə görüşlər keçirilib, səfərbərlik hazırlığı və hərbi xidmətə çağırış işinin təşkili, eləcə də digər sahələrdə qarşılıqlı fikir və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv