YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır

“Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz mövqeyini ortaya qoyub və Azərbaycan heç bir ölkənin ərazisinə nüfuz etmir. Amma Ermənistan çox gülünc bir şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bununla bağlı müraciət edib”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova vurğulayıb ki, KTMT üzvü olan dövlətə digər bir dövlət təcavüz edərsə, təşkilat köməyə gələ bilər: “Ermənistanın sərhəd dəqiqləşməsinə görə  KTMT-yə müraciəti əsasızdır. Bu ərazi Azərbaycanındır. Ona görə də təşkilatın bu məsələdə tutduğu mövqe anlaşılandır”.

Politoloq qeyd edib ki, Azərbaycan regionda yeni geosiyasi konfiqurasiya müəyyən edib: “Azərbaycanın müharibədən sonra verdiyi bəyanatlar və onlara digər dövlətlərin, beynəlxalq təşkilatların reaksiyası göstərir ki, onlar regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasında, regionun dirçəldilməsində maraqlıdırlar. Yalnız o təşkilat və dövlətlər bunda maraqlı deyil ki, onların regionda iqtisadi və siyasi maraqları təmin olunmur”.