YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir

“32 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan, vaxtilə Qafqazın konservatoriyası adlandırılan  Şuşa şəhərində Ramazan bayramı günlərində yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi Azərbaycan xalqına Şuşanın azad olunduğu günün sevinci qədər daha bir  yaşatdı”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir. Bu, Azərbaycan xalqının, şanlı ordumuzun və Ali Baş Komandan İlham Əliyevin hərbi və diplomatiya sahəsində əldə etdiyi möhtəşəm qələbənin demək olar ki, mədəniyyət sahəsində davamı idi. Necə ki, Vətən müharibəsi günlərində ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri birləşərək möhtəşəm qələbəni əldə etdilər, həmin xalqların nümayəndələri bu dəfə isə mədəniyyət sahəsində səhnədə musuqi dilində ifa edərək bütün dünyaya Azərbaycanın necə qüdrətli, multikultural ölkə olduğunu sübut etdilər.

Millət vəkilinin sözlərinə görə, 30 il ərzində Ermənistanın rəsmi təbliğatı münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdi. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstəriblər. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində böyük diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi. Digər vacib məqam odur ki, festivalın əks-sədasını ətrafda yaşayan, o cümlədən Xankəndidə yaşayan ermənilər də duydular.

“Xarıbülbül” musiqi festivalının müqəddəs Ramazan bayramı günlərində keçirilməsi rəmzi məna daşıyırdı. Şuşa qalasının yaradıcısı Pənahəli xanın vaxtında da İslam dəyərlərinə böyük önəm verilən məkan kimi Şuşa hər zaman tanınmışdı. Digər tərəfdən isə, İslam dininin xalqımızın birliyində də müstəsna rolu var. Bugünlərdə Şuşada yeni məscidin təməlinin qoyulması, eləcə də, Yuxarı Gövhərağa məscidində təmir-bərpa işlərinin aparılması rəmzi olaraq göstərir ki, dövlətimiz milli-mənəvi dəyərlərə böyük önəm verir. Azərbaycan xalqının da 44 günlük müharibədə əldə etdiyi qələbənin əsasında məhz bu amil dayanırdı ki, xalqımız milli dəyərlərinə böyük önəm verir və bununla yanaşı digər xalqların dininə və dilinə hörmətl yanaşır. Şuşada yeni məscidin təməlinin qoyulması, həm də kilsədə bərpa işlərinin aparılması da bunun əyani göstəricisidir. Şuşa şəhərində ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından su gəlməsi, məsciddə bayram namazı qılınması da böyük rəmzi məna daşıyır. Bununla da Şuşaya həyat döndü. Şuşaya, öz evinə gələn Azərbaycan xalqı burada əbədi olaraq yaşayacaq”,-deyə S.Hüseynova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv