YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mənsum İbrahimov: Şuşa bizim üçün müqəddəs şəhərdir

“Sonuncu “Xarıbülbül” festivalı 1989-cu ildə keçirilmişdir. Üzərindən 32 il keçdikdən, qələbədən sonra möhtəşəm Cıdır düzündə o böyük səhnə quruldu və möhtəşəm festival baş tutdu. Sözün əsl mənasında biz bir yuxu yaşadıq”.

Bu fikirləri Azərbaycanın xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov “Yeni TV”nin canlı yayımında Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı barədə danışarkən bildirib.

M.İbrahimov qeyd edib ki, festivalda hamı bir-birini təbrik edirdi: “İnsanların simasında xoşbəxtlik hiss etdim. Möhtəşəm idi. Hamı çalışırdı ki, o havadan daha çox udsun. Xoşbəxtəm ki, orada bir ifaçı kimi də çıxış etdim. Bir sözlə Şuşa bizim üçün müqəddəs şəhərdir. Deyərdim ki, bir qibləgahdır”.