YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panayiotis Lafazanisi qəbul edib.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi. Ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.
Söhbət zamanı həyata keçirilən qlobal enerji layihələrinin ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı baxımından önəmi vurğulandı.