YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi təhsil sisteminin yeniləşməsinə, insan kapitalının inkişafına təkan verəcək

«Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq,  təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Bu baxımdan  Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük  əhəmiyyətə malikdir». Bu fikirləri Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı  deyib.

A.Naxçıvanlı bildirib ki, respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, Dövlət Strategiyasında  davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən,  insan kapitalının inkişafına önəm verən,  insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Onun sözlərinə görə, bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub.

«Müstəsna əhəmiyyət kəsb edən Dövlət Strategiyası ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Müasir dövrün, qloballaşan dünyanın çağırışlarına cavab verən təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu məsul və şərəfli vəzifələrin yerinə yetirilməsi təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına, insan kapitalının inkişafına təkan verəcək, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək»- deyə, A.Naxçıvanlı vurğulayıb.  
 

DİGƏR Xəbərlər Arxiv