YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında şəhid anaları ilə görüş keçirilmişdir

Suraxanı rayon ərazisində yaşayan bir qrup şəhid anaları ilə karantin qaydaları çərçivəsində keçirilmiş görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhid analarını salamlayaraq, bütün şəhid anaları qarşısında baş əydiyini bildirdi. Təşkilat sədri dedi ki, bir ədəbiyyat nümunəsində deyildiyi kimi dünyada var olan bütün məhəbbətləri öz fövqündə daha anlamlı və mənalı edən varlıq “ANA”-dır. Rəngindən, dilindən, dini, milli, siyasi mənsubiyyətindən, fiziki göstəricilərindən asılı olmayaq yer kürəsində bütün insanlığa eyni ülvi duyğuları yaşadan ən ali eşqdir “ANA”.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cari görüşün məqsədini açıqlayarkən bildirdi ki, rayonumuzda yaşayan şəhid analarını bir araya toplayaraq biz onların ortaq dərdlərini paylaşmaqla yüngülləşdirməyi hədəfləyirik. Ən böyük acıları bölüşməyin, paylaşmağın ən şəfalı dərman olduğuna ümid edirik. Vüqar Seyidov hər zaman şəhid ailələrinin yanında olduqlarını ifadə etmişdir. Təşkilat olaraq belə görüşlərin davamlı keçirilməsinin faydalı və əhəmiyyətli olduğuna inandığını deyən sədr qapılarının şəhid ailələrinin üzünə hər zaman açıq olduğunu vurğuladı.

Daha sonra görüşdə iştirak edən şəhid anaları ilə birgə şəhid Qasımlı Muxtar Əli oğlunun ailəsinə baş çəkilmişdir. İlk olaraq bu şəhid ailəsinin seçilməsinin əsas səbəbi Qasımlı Muxtarın anası Almaz Qasımovanın şəhidimizin dəfnindən sonra ağır psixoloji və mənəvi sarsıntılar keçirməsidir. Ziyarət əsnasında şəhid anaları səmimi söhbət edərək dərdlərini bölüşmüş, bir-birilərinə bu ağır və çətin günlərdən çıxmaq üçün məsləhətlər vermişlər. Evdə yaradılmış şəhidimizin guşəsinə baxan şəhid anaları xatirə şəkli çəkdirmişlər.