YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Forat Məhəmməd Abed: İraq parlamenti Milli Məclislə əlaqələrin inkişafında maraqlıdır

İraq Respublikasının Parlamenti Azərbaycan Respublikası Milli Məclisi ilə əlaqələrin inkişafında və genişləndirilməsində maraqlıdır.

Bu fikirləri Azərbaycanda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komissiyasının üzvü Forat Məhəmməd Abed deyib.

Ölkələrimiz arasında əlaqələrdən danışan deputat bildirib: “İraqla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir. Çalışırıq ki, bu münasibətlər daha da inkişaf etsin. İnanırıq ki, qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək”.

İraqlı deputat qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında Azərbaycan-İraq dostluq qrupunun xüsusi rol oynadığını qeyd edib.