YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələri və qazilərlə növbəti görüş keçirib

YAP Şəmkir rayon təşkilatının nümayəndələri  şəhid ailələri və qazilərlə növbəti görüş keçirib.

Belə ki, rayon təşkilatın nümayəndələri Vətən müharibəsində Şəmkir rayonunun Dəllər qəsəbəsində şəhid ailələrini, qaziləri ziyarət ediblər. Qazilərlə söhbət zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin şəhidlərinə onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır.

Bildirilib ki, şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman dövlətimizin, o cümlədən Yeni Azərbaycan Partiyasının xüsusi diqqət mərkəzindədir.

Görüşlər zamanı şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanılıb, onlara maddi yardım göstərilib.

 

DİGƏR Xəbərlər Arxiv