YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Kaliforniya Universitetinin Vaşinqtondakı bölməsində Azərbaycan ilə bağlı tədbir keçirilib

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov fevralın 6-da Cənubi Kaliforniya Universitetinin Vaşinqton şəhərində fəaliyyət göstərən bölməsində “Azərbaycan: Enerji Siyasəti və Geosiyasət” mövzusunda professor-tələbə heyəti qarşısında çıxış edib.
Səfir çıxışında Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, geostrateji mövqeyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Xüsusilə, ölkəmizin dinamik iqtisadi inkişafı, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən iri regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Avrasiya Super İnformasiya Magistralı layihələri haqqında məlumatlar auditoriyanın diqqətinə çatdırılıb.
Azərbaycanın regionda məhz müstəqil və praqmatik dövlət kimi etibarlı tərəfdaş olduğunu qeyd edən diplomat Azərbaycanın, həmçinin bölgədə müstəqil siyasət aparan, beynəlxalq hüquqa riayət edən, heç bir dövlətin daxili işlərinə qarışmayan, özünü təmin etmək imkanında olan, bərabər hüquqlu tərəfdaşlığa üstünlük verən ölkə olduğunu vurğulayıb.
Səfir bildirib ki, bir tərəfdən Avrasiya məkanında baş verən proseslər, digər tərəfdən isə Azərbaycanın son iki dekadada keçdiyi müstəqillik dövrü və inkişafı sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar özünün strateji yanaşması və uzaqgörənliyi ilə fərqlənir.
Vurğulanıb ki, Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış “Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir edib, əməkdaşlığın daha da dərinləşməsinə dəstək verib. Bunun nəticəsi olaraq, Azərbaycan Cənubi Avropanın yeni coğrafiyasının formalaşmasının müəllifinə çevrilibdir. Eyni zamanda, Azərbaycan Bakı-Supsa kəməri ilə Qara dəniz regionuna, Bakı-Tbilisi-Ceyhan kəməri ilə hətta Gürcüstan Aralıq dənizi regionuna çıxmış, “Cənub” qaz dəhlizi vasitəsilə isə Xəzər, Qara, Aralıq və Adriatik dənizi məkanı yaradılmışdır.
Bildirilib ki, Azərbaycan müstəqilliyin məsuliyyətini tam anlayaraq özünün inkişafı ilə bərabər regionun digər ölkələrinin inkişafına töhfə verir ki, bu xüsusiyyət regionda lider ölkələrə məxsus mövqeyi əks etdirir.
Azərbaycanlı diplomat təəssüflə qeyd edib ki, öz yanlış siyasəti nəticəsində regionun inkişafından kənarda qalan Ermənistan 20 ildən artıqdır müstəqil dövlət kimi davrana bilmir. Bu isə rəsmi Yerevanın öz xalqının gələcəyini nə qədər düşündüyünü şübhə altına qoyur.
E.Süleymanov son vaxtlar Şərqi Avropada, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrin yenidən kəskinləşməsinə istinad edərək böyük dövlətlərin daha məsuliyyətli yanaşmasının vacibliyini bildirib. O, qeyd edib ki, sabitlik və inkişaf olmayan yerlərdə radikallaşma meylləri daha çox nəzərə çarpır. Qərb dövlətləri, o cümlədən rəsmi Vaşinqton tərəfindən daha strateji, düşünülmüş və mövcud reallıqları nəzərə alan yanaşma əhəmiyyətlidir.