YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Abdullayeva: Dövlətimiz öz sosial siyasətinin prioritetlərinə sadiqdir

“Azərbaycanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğısı var. Bu məsələ cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

Sevda Abdullayeva bildirib ki, fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. Azərbaycan dövlətinin prioritet vəzifələrindən biri şəhid ailələrinə və qazilərə qayğı göstərməkdir. Bu məqsədlə Ramanı kompleksində 30 doqquzmərtəbəli bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ramanı qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib. Uşaq bağçası, 1200 yerlik məktəb inşa edilib, yəni yaşayış üçün burada bütün imkanlar yaradılıb. Müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, artıq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunaraq, təqdim edilir.

Onun sözlərinə görə, cari ilin yanvarında dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla təsdiq olunan proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillə və fərdi evlə təmin ediləcək. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcək.

“Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcək. Orada hər il minlərlə qazi müalicə alacaq, reabilitasiyadan keçəcək və sağlamlığını bərpa edəcək. Ölkəmiz öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət bu günə qədər 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilini mənzillərlə təmin edib. Ötən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzil veriləcək. Göründüyü kimi, dövlərimiz öz sosial siyasəinə sadiqdir. Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş oğullarımızın ailələrinə, eləcə də sağlamlığını itirmiş qazilərimizə qayğı ilə ilə yanaşmaq cəmiyyətimizin əsas vəzifələrindən biri olmalıdır. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad etdilər. Bu, tarixi hadisədir. Son iki yüz il ərzində Azərbaycan tarixində buna oxşar parlaq bir qələbə olmamışdı. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi”,-deyə, S.Abdullayeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv