YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Xocalı soyqırımı qurbanlarının qisası alındı

“Erməni faşistləri tərəfindən törədilən həyata keçirilən, müasir dövrümüzün ən dəhşətli soyqırımlarından biri olan Xocalı soyqırımının 29-cu ildönümü qeyd olunur. Keçən illərdən fərqli olaraq artıq bu ildönümündə biz qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək Ermənistan rəhbərliyini təslim aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu, Xocalı soyqırımı qurbanlarının qisası alındı”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Holokost, Xirosima, Nakasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur. 1992-ci il fevral ayının 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçirdilər. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 nəfər valideynlərindən birini itirmişdir. 1275 dinc sakin girov gtürülmüş, onlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət” beynalxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır: “Xocalı soyqırımı hər il dünyanın bir çox  ölkələrində geniş şəkildə anılır və ictimayyətə çatdırılır. Artıq 14 ökənin parlamenti Xocalı soyqırımını beynalxalq hüquq normalarına uyğun olaraq qiymətləndiriblər. ABŞ-ın 22 ştatı Xocalı soyqırımını rəsmi tanınması ilə bağlı sənəd qəbul ediblər. Şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etdikdə sonra artıq Qarabağa böyük qayıdış proqramının icrasına başlanılıb. Müvafiq tədbirlər görüldükdən sonra işğaldan azad olmuş digər rayonların sakinləri kimi Xocalı sakinləri də tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar”.

DİGƏR Xəbərlər Arxiv