YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsi Şəhidləri Şükürlü Nicat Ayaz oğlu, Teymurov Vüsal Zakir oğlu və Budaqov Yusif Ramiq oğlunun ailələri ilə görüşdülər

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Səbail rayonunun Vətən müharibəsindəki 14 Şəhidinin ailə üzvlərini daima xüsusi diqqət mərkəzində saxlayır, Şəhid ailələrini evlərində ziyarət edir, onlara yüksək ehtiramlarını və diqqət, qayğılarını ifadə edirlər.

YAP Səbail rayon təşkilatının nümayəndələri Şəhid Şükürlü Nicat Ayaz oğlu, Şəhid Teymurov Vüsal Zakir oğlu və Şəhid Budaqov Yusif Ramiq oğlunun ailə üzvlərini evlərində ziyarət etdilər, Vətən müharibəsində Azərbaycan xalqına Şanlı Zəfər bəxş edən qəhrəman Vətən oğullarının əziz xatirəsini bir daha yad etdilər.

Şəhid valideynləri ilə söhbət zamanı canlarını Vətən uğrunda fəda edən Şəhidlərimizin həyat və döyüş yoluna bir daha nəzər salındı, onların əziz xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulacağı vurğulandı, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıldı. Qeyd olundu ki, Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərildi.

Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!