YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Prezidenti Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək

Bolqarıstan Prezidenti Rosen Plevneliyev III Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün bu ilin aprel ayında Azərbaycana gələcək. Bu barədə razılıq Bolqarıstan Prezidenti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov arasında Sofiyada keçirilmiş görüşdə əldə olunub. Prezident Rosen Plevneliyev Mərkəzin dəvətini qəbul edərək Foruma qatılacağını bildirib.
Üçüncü Açıq Cəmiyyətlər Forumuna hazırlıq çərçivəsində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, xüsusilə də bu ilin aprelində Bakıda baş tutacaq Foruma dair fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzin Azərbaycanla Bolqarıstan arasında münasibətlərin inkişafına verə biləcəyi töhfələr müzakirə edilib.
Qeyd edək ki, III Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu il aprelin 27-30-da Bakıda keçiriləcək. Tədbirdə 55 ölkədən 200-dək tanınmış ictimai, siyasi xadim, sabiq və hazırkı dövlət və hökumət başçılarının iştirakı planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv