YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putin: Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli Bəyanatı ardıcıl olaraq həyata keçirilir

Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli Bəyanatı bütövlükdə, ardıcıl olaraq həyata keçirilir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Rusiya Prezidenti deyib: “Əlbəttə, bizim hamımıza yaxın olan MDB-yə üzv dövlətlərin - Azərbaycan və Ermənistanın cəlb edildiyi Dağlıq Qarabağ regionundakı silahlı münaqişəyə görə narahat idik. Baş verən hərbi toqquşmalar çoxsaylı insan tələfatı ilə nəticələnib, Cənubi Qafqazda vəziyyəti gərginləşdirib, terror hədələrinin yayılması riskini artırıb”.

Putin xatırladıb ki, Rusiya Dağlıq Qarabağ zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitlik prosesinə başlamaqdan ötrü müəyyən vasitəçilik səyləri göstərib.

Onun sözlərinə görə, təmas xətti boyunca yerləşdirilən rusiyalı sülhməramlılar əllərindən gələni edirlər ki, vəziyyətin yenidən gərginləşməsinə yol verilməsin. “İndi beynəlxalq birlik qarşısında və şübhəsiz, bizim bütün ölkələrimiz qarşısında humanitar problemlərin, o cümlədən köçkünlərin qayıtması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası ilə bağlı problemlərin həllində zərərçəkən rayonlara yardımın göstərilməsi kimi mühüm vəzifə durur”, - deyə Prezident V.Putin əlavə edib.

DİGƏR Xəbərlər Arxiv