YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Hər anı qəhrəmanlıqla dolu olan 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycan torpaqları azad olundu

Qarabağda yaşananlar ölkəmizin qətiyyətli mövqeyinin nə qədər doğru olduğunu göstərdi. Türkiyə eynilə bir əsr bundan əvvəl Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusu kimi tarixin məsuliyyətli bir dövründə azərbaycanlı qardaşlarımızın yanında yer aldı.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.

Azərbaycan və Türkiyənin əkiz qardaşlar kimi qucaqlaşaraq əbədi bir körpü qurduqlarını söyləyən Prezident Rəcəb Tayyib Ərdoğan qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək bildirib ki, hər anı qəhrəmanlıqla dolu olan 44 günlük Vətən müharibəsi sayəsində işğal altındakı Azərbaycan torpaqları azad olub, Qarabağın vətən həsrətinə son qoyulub.

Bakıda keçirilən Zəfər paradında iştirak etmək üçün səmimi dəvətə görə özü və ailəsi adından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təşəkkür və ehtiramını ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan qazanılan şanlı qələbəyə görə bir daha xalqımızı təbrik edərək deyib: “Bakıda Azadlıq meydanında gerçəkləşən Zəfər paradında yaşananlar mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin nə qədər doğru olduğunu göstərdi, bu xoş anları birlikdə yaşadıq”.

Bakının hər yerində bayraqlarımızın qoşa dalğalandığından məmnun olduğunu, Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da Can Azərbaycanın yanında olmaqda davam edəcəyinə diqqəti çəkən dövlət başçısı əminliklə deyib ki, Azərbaycan ilə anlaşmalar iki qardaş ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək.

Azərbaycana səfər çərçivəsində işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işləri ilə bağlı əhəmiyyətli müzakirələr aparıldığını, Qarabağın artıq münaqişə bölgəsi deyil, zəfər nöqtəsində olduğunu ifadə edən dövlət başçısı deyib: “Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı”.

DİGƏR Xəbərlər Arxiv