Partiya xəbərləri
Yeni Azərbaycan Partiyası ilə Bolqarıstan Vətəndaşları Avropaya Inteqrasiya ugrunda Partiyası arasında gələcək planlar müzakirə edilmişdir
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyev Bolqarıstanın paytaxti Sofiyada Bolqarıstan Vətəndaşları Avropaya Inteqrasiya ugrunda – (GERB) partiyasının xarici əlaqələr bölməsinin rəhbəri, Bolqarıstan Parlamentinin deputati Tsvetan Tsvetanovla görüşmüşdür.
Görüşdə ikitərəfli əlaqələr, YAP-ın Avropa Xalqları Partiyası ilə əlaqələri və gələcək planlar müzakirə edilmişdir. Qərara alınmışdır ki, qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmləndirilməsi üçün münasib vasitədir.
Qeyd edək ki, YAP nümayəndə heyətinin Bolqarıstana səfəri nəzərdə tutulur.