YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında görüş keçirilib

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” fəlsəfəsinə, tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə, dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf edərək ən yüksək səviyyəyə çatdığı bildirilib.

Azərbaycanın şanlı Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsindən sonra 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin həm ölkələrarası münasibətlərin inkişafı, həm də regionda təhlükəsizliyin təmini və çoxtərəfli işbirliyinin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Hər iki dövlətin beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləməsinin milli maraqların təmini və qarşıda duran strateji hədəflərin gerçəkləşdirilməsi kontekstində əhəmiyyəti vurğulanıb.

Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında da əməkdaşlığın genişləndirilməsi, xüsusilə Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində nüfuzlu güc mərkəzi kimi mövqelərinin möhkəmlənməsi və rolunun artması üçün yeni imkanlar yaratdığı qeyd olunub. Bu kontekstdə Türk dövlətlərinin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi də xüsusi vurğulanıb.

Görüş zamanı 2021-ci il iyunun 2-də Əməkdaşlıq Protokolu imzalayan və ötən müddət ərzində ortaq maraqlara əsaslanan mühüm tədbirlər reallaşdıran Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının münasibətlərinin nümunəvi xarakter daşıdığı vurğulanıb, həmçinin YAP ilə Böyük Birlik Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

DİGƏR Partiya xəbərləri Arxiv