YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəalı Vətən müharibəsində canını fəda etmiş şəhidlərin ailələrini ziyarət ediblər.

Rayonun Mirzalıbəyli kəndindən olan Əli Məhərrəmov, Cavid Tağızadə, Elməddin Yusibov və Əli Məmmədzadənin ailəsini ziyarət edən təşkilatın nümayəndələri xalqımızın şəhidlərin əziz xatirəsini daim uca tutduğunu, dövlətimizin bu ailələrə daim diqqət mərkəzində saxladığını bildiriblər.

Görüşdə dövlətimizin şəhid ailələrinə qayğısından razılıq ifadə olunub.