YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailin Akko şəhərinin meriyası bu şəhərdə Azərbaycan Evi inşa edilməsi üçün bir milyon dollar vəsait ayırıb

Yəhudi Xəbər Agentliyi (YXA) İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Azərbaycan Dövlət Komitəsinin dəvəti ilə Bakıya səfərinə həsr olunmuş material dərc edib.
Məqalədə qeyd edilir ki, bu, Akko merinin Bakıya ilk səfəridir. İsrailin Bakıdakı diplomatik missiyasında YXA müxbirinə deyiblər: “Ümid edirik ki, Şimon Lankrinin Azərbaycanda keçirdiyi görüşlər, apardığı danışıqlar İsrail ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək”.
Merin səfər proqramı çox zəngindir. Dini Qurumlarla İş üzrə Azərbaycan Dövlət Komitəsindən YXA-ya verilən məlumata görə, Akkoda Heydər Əliyev adına Azərbaycan Evinin və “Tikvateynu –Bizim ümidimiz” adlı İrs Evinin açılışı layihəsinin müzakirəsi Azərbaycan-İsrail danışıqlarının mühüm tərkib hissəsi olmalıdır.
Şəhər meri bu layihənin həyata keçirilməsi üçün bir milyon dollardan artıq vəsait ayırıb. Bu layihə Akkodakı Azərbaycan Dağ Yəhudiləri İcmasının və dağ yəhudilərinin beynəlxalq STMEQİ fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. Xatırladaq ki, STMEQİ fondunun rəhbəri məşhur mesenat German Zaxaryevdir.
Bakıdakı Dağ Yəhudiləri İcmasının İdarə heyətində YXA-ya bildiriblər: “Şimon Lankri bizim sinaqoqu da ziyarət edəcək, Beynəlxalq Holokost Günü ilə əlaqədar keçirilən konfransda iştirak edəcək, Quba rayonundakı Qırmızı Qəsəbəyə gedəcək”.