YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə hökumətləri arasında layihə müzakirə olunub

Yanvarın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin nümayəndəsi Ahmet Erdemlə görüş olub.

Nazirlikdən bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə söykənən strateji əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

S.Müslümov ölkəmizin sosial-iqtisadi inkişafını səciyyələndirən makroiqtisadi göstəriciləri, habelə ölkəmizdə əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsi əsasında təkmilləşdirilməsi istiqamətində aparılan islahatları diqqətə çatdırıb.

A.Erdem Azərbaycan və Türkiyə əməkdaşlığının ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün bir örnək olduğunu və Azərbaycanın daim inkişafda olmasının, dünya birliyində mövqeyinin güclənməsinin məmnunluq doğurduğunu bildirib.

Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri, iki ölkə arasında əmək miqrasiyası, “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair Saziş”də dəyişiklik edilməsinə dair Protokol”un layihəsi və digər məsələlərə dair fikir mübadilələri aparılıb.