YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bizim işimizə qarışmaq istəyənin də cavabını vermişik və verəcəyik

Bax, bu məsciddə vəhşi düşmən inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Zəngilan məscidində, azad edilmiş məsciddə donuz saxlayıb. Cəbrayıl məscidində donuz saxlayıb. Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə Ağdam məscidinin qarşısında çıxış edərkən deyib.

“Burada bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri olub. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə narahatlıq yaratmayıb bu, bəzi Qərb liderlərində? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin də cavabını vermişik və verəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.