YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi dayanıqlığını daha etibarlı şəkildə qoruyub saxlaya bilən iqtisadiyyatlar sırasına aiddir

«Milli valyutanın sabitliyi makroiqtisadi sabitliyin mühüm amili olmaqla, həm də maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Onun sözlərinə görə, 2014-cü ildə bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş verdi.

«Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğradı. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşdı. Azərbaycan manatı isə ötən illərdə olduğu kimi, 2014-cü ildə də nisbi sabitliyini qoruyub saxlaya bildi. Ona görə ki, Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi dayanıqlığını daha etibarlı şəkildə qoruyub saxlaya bilən iqtisadiyyatlar sırasına aiddir. Xarici konyukturanın pisləşməsinə baxmayaraq, ötən il Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit yarandı. İxracın həcmi idxalı 2,6 dəfə üstələyir. Ölkənin strateji valyuta ehtiyatları 50 milyard dolları ötərək ümumi daxili məhsulun 70 faizinə çatır. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Bütün bu amillər manatın nisbi sabitliyini 2015-ci ildə və qarşıdakı illərdə də saxlaya biləcəyindən xəbər verir. Bundan ötrü 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görməklə, eləcə də qonşu ölkələrdə gedən mürəkkəb prosesləri nəzərə almaqla digər zəruri tədbirlər görülməklə orta perspektivdə manatın məzənnəsini sabit saxlamağa nail olacaq»- deyə, komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv