Xəbərlər
Əflatun Amaşov: Dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına ciddi dəstək göstərir

«Biz son zamanlar dünyada jurnalistlərə qarşı ciddi problemlərin yarandığını müşahidə edirik. Onların peşə fəaliyyətlərini yetirilməsinə problemlər yaranır, hətta qətlə yetirilirlər». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, Parisdə baş verən hadisə buna sübutdur. Onun sözlərinə görə, bütün dövlətlər jurnalistlərin təhlükəsizliyinə maksimum çalışımalıdır.
«Sevindirici haldır ki, bu baxımdan ölkəmizdə vəziyyət normaldır. Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına ciddi dəstək göstərir. Bu dəstək isə ildən –ilə artır. Kütləvi informasiya vasitələri bu dəstəyi öz zərlərində hiss edirlər»- deyə, Ə.Amaşov vurğulayıb.