YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahverdi Haxverdiyev: Biz inanırıq ki, azad olunan torpaqlarımızda böyük quruculuq işləri görüləcək və Qarabağ yenidən cənnətə çevriləcək

"Azərbaycan xalqı ən yeni tarixinin şərəfli, qələbə dolu günlərini yaşayır. Sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları 30 ilə yaxındır ki, işğal altındakı torpaqlarımızın azadlığını təmin etdi. Əldə olunan qələbəmiz hər bir azərbaycanlını qürurlandırır. İllər əvvəl öz dədə-baba yurdundan didərgin düşmüş hər bir vətəndaşımız sevinclə və səbirsizliklə öz Vətəninə dönəcəyi günü gözləyir. Qubadlı rayonunun ictimaiyyəti bu qələbənin memarı olan Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi, müzəffər ordumuzu ürəkdən təbrik edir. Biz inanırıq ki, azad olunan torpaqlarımızda böyük quruculuq işləri görüləcək və Qarabağ yenidən cənnətə çevriləcək". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində Ermənistan ağır məğlubiyyətə uğradıldı, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi Azərbaycanın qalibiyyətini özündə ehtiva edən bəyanata imza atdı.

"Biz Qubadlı sakinləri bütün varlığımızla bu qələbə gününün gələcəyinə inanırdıq və əmin idik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs bizləri öz yurdumuza, torpağımıza qovuşduracaq. Düşmən Ermənistan 44 gün ərzində Azərbaycan Ordusunun gücünü, dövlətimizin qüdrətini, xalqımızın əzmini və qətiyyətini gördü. Azərbaycan xalqı birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda bir yumruq kimi birləşdi. Bu birliyimiz ərazi bütövlüyümüzün təmin olunmasında əsaslı şərtə çevrildi. Dünya ictimaiyyəti bir daha anladı ki, Azərbaycan xalqı öz Vətəni uğrunda canından keçməyə hazırdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bir daha xalqımızı bu gözəl qələbə münasibətilə təbrik edirəm",-deyə A.Haxverdiyev qeyd edib.