YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqo yollarında “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb

Amerikanın Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə ermənilərin mülki azərbaycanlıları hədəfə aldığı da qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin rəhbəri Fərid Məmmədov bildirib ki, daha çox insanın görməsi üçün elektron lövhələr “Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də “James Addams Memorial Tollway”, “River Road” yollarının üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək.

Həmvətənimiz diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni əsirgəmirlər.