YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Paşinyan real vəziyyəti anlamalı, ya kapitulyasiya elan etməli, ya da dəqiq öhdəliklər götürməlidir

“Hazırda cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Bir-birinin ardınca kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız, şəhərlərimiz azad edilir. Bu gün də Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir və işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Sentyabrın 27-dən ötən müddət ərzində Ermənistanın real vəziyyəti anlaya bilməməsi, kapitulyasiya istiqamətdə heç bir addım atmaması onun vəziyyətini daha da ağırlaşdırıb. Lakin çox təəssüflər olsun ki, Ermənistan hələ də kompromis anlayışı ilə manipulyasiya edir, iddialı davranır və itirilmiş mövqeləri bərpa etmək üçün müxtəlif vasitələrə əl atır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün Ermənistan üçün ən yaxşı variant məğlubiyyətini qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir: “Cənab Prezident İlham Əliyevin dediyi kimi Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli Azərbaycana təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Sirr deyil ki, 3 dəfə razılaşdırılmış humanitar atəşkəs rejimi Ermənistan tərəfindən pozulub. Əlbəttə, burada məqsəd vaxt udmaq, yeni yardım almaq və itirilmiş mövqeləri geri qaytarmaq olub. Bu plan alınmadıqda isə Azərbaycanın şəhərləri hədəf götürülüb, dinc sakinlər qətlə yetirilib, hərbi cinayət törədilib. Gəncə və Bərdə terrorları bunun əyani sübutu olub. Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə iki dəfə ballistik raketlə hücum edib. Bərdəyə hücum isə Ermənistanın Azərbaycana qarşı məqsədli təcavüzkar niyyətini ortaya qoyub”.

“Bu gün Azərbaycan tarixi torpaqlarını hərbi əməliyyatla azad etməklə yeni bir reallıq yaradıb” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin “münaqişənin hərbi həlli yoxdur” tezisi artıq tamamilə əsassız görünür. Çünki hazırda münaqişə məhz hərbi fazadadır.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Ermənstan hər bir vasitə ilə münaqişəni beynəlmiləlləşdirmək, digər ölkələri münaqişəyə cəlb etmək, onların dəstəyini qazanmaq istəyir. Lakin Azərbaycanın uğurlu diplomatiyası ilə təcavüzkar ölkənin bu cür cəhdləri iflasa uğrayır: “Məhz region dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, işğalçı Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını zəruri hesab etmələri işğalçı ölkənin bütün arqumentlərini məhv edib, Ermənistan isə tam təcrid vəziyyətinə düşüb. Bu səbəbdən də Paşinyan vaxt qazanmaq, daha çox hərbi yardım almaq üçün atəşkəs dilənmək, Azərbaycana qarşı yeni hücum planları qurmaq əvəzinə real vəziyyəti anlamalı, ya kapitulyasiya elan etməli, ya da dəqiq öhdəliklər götürməlidir”.