Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.
Görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olundu, digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.